Seçkilərdə gənclərə üstünlük verilib


Baxıldı : 157

Tarix : 2015-01-24 05:18:00


TİAHİ Şirvan Şəhər Komitəsi hesabat-seçkilərlə əlaqədar ilk təşkilatlarda seminar-müşavirələr keçirmişdir. Seminarlarda tövsiyə olunmuşdur ki, kampaniya zamanı gender bərabərliyi nəzərə alınsın. Fəal, təşəbbüskar, səriştəli gənclər rəhbər vəzifələrə irəli çə-kilsin. Builki hesabat-seçki yığıncaqları yanvarın 12-dən martın 16-dək olan müddətdə davam etdiriləcək. Qrafikə uyğun olaraq 1 saylı \ Qızılgül\ , 2 saylı \ Nərgiz\ , 5 saylı \ Bənövşə\ uşaq bağçalarında, 3 saylı \ Yasəmən\ uşaq bağçası-körpələr evində hesabat-seçki yığıncaqları keçirilib. Bu seçkilərdə adı qeyd olunan bağçaların ittifaq üzvləri tam heyətlə qatılıblar.Seçkilərdə təlimata uyğun olaraq komitə sədrləri və təftiş komissiyasının sədrləri 3 illik dövrün hesabatı ilə məruzə ediblər. Hesabat məruzələri ətrafında çıxışlar olub, təkliflər verilib. Çıxışlarda iş şəraitlərinin yaxşılaşdırılması, əməyin müdafiəsi, əməkhaqlarının verilməsi, ittifaq üzvlərinin sanatoriya yollayışı ilə təmin edilməsi, mədəni-kütləvi tədbirlərin keçirilməsi və s. məsələlərlə bağlı irad və təkliflər söylənilib. İttifaq üzvlərinin sualları təşkilat sədrləri tərəfindən cavablandırılıb. Hesabatları dinlənilmiş təşkilatların fəaliyyəti kafi qiymətləndirilib.Ümumiyyətlə, seçkilərdə gənclərə üstünlük verilib və gender bərabərliyi gözlənilib. Hesabat-seçki yığıncaqlarında şəhər komitəsi Rəyasət Heyətinin üzvləri iştirak edib.