Seçkilərdə KİV-lərin rolu və vəzifələri


Baxıldı : 231

Tarix : 2015-10-02 07:23:00


Oktyabrın 2-də Bakıda \ Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri\ mövzusunda seminar-müşavirə keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov tədbirin bu formatda ilk dəfə keçirildiyini bildirib. Qeyd edib ki, seçkinin şəffaf, demokratik və azad keçirilməsi üçün bu proses mətbuat üçün açıq olmalıdır. MSK yerli və beynəlxalq mətbuat nümayəndələrinin seçki prosesində iştirakında maraqlıdır. Bu günə qədər ölkəmizdə keçirilən seçkilərdə bu məsələ ilə bağlı heç bir problem olmayıb.Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əminliklə qeyd edib ki, tədbir Milli Məclisə seçkilərin şəffaf, demokratik keçirilməsinə öz müsbət təsirini göstərəcək.Ə.Həsənov diqqətə çatdırıb ki, Azərbaycanın 23 illik müstəqillik tarixində keçirilən bütün seçkilərdə mətbuatın sərbəst iştirakı təmin olunub. Bu da ölkəmizdə bütün seçkilərin şəffaf, demokratik, ədalətli keçirilməsinin göstəricisidir.Bu gün Mərkəzi Seçki Komissiyasının bir institut kimi formalaşdığını deyən Prezidentin köməkçisi bildirib ki, MSK seçkiləri ən yüksək standartlar səviyyəsində keçirməyə qadir bir qurumdur.Hər bir dövlətin imicinin formalaşmasında mətbuatın mühüm əhəmiyyətə malik olduğunu söyləyən Ə.Həsənov bildirib ki, seçki prosesinin dəyərləndirilməsində də KİV-in rolu əvəzsizdir. Çünki KİV bu prosesdə yeganə tərəfsiz rola malikdir.