Seçkiləri izləmək üçün bütün imkanlar yaradılıb


Baxıldı : 360

Tarix : 2015-10-30 05:53:00


Azərbaycanda keçiriləcək parlament seçkilərinin gedişini izləmək üçün yerli və xarici kütləvi informasiya vasitələri üçün bütün imkanlar yaradılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.O bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərini çoxlu sayda yerli və xarici jurnalistlər izləyəcək: \ Jurnalistlər bu prosesdə heç bir məhdudiyyətlə qarşılaşmayacaqlar. Xüsusilə yerli KİV-lər üçün heç bir məhdudiyyət yoxdur. Belə ki, yerli KİV-lərin nümayəndələri işlədiyi media orqanının vəsiqəsini təqdim etməklə istənilən seçki dairəsi və məntəqələrində səsvermənin gedişini izləyə, reportajlar hazırlaya bilərlər. Bütün bunlar seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinə xidmət edir\ . Mərkəzi Seçki Komisiyasından (MSK) verilən məlumata görə, seçkilər noyabrın 1-i saat 08:00-da başlayacaq və elə həmin gün saat 19:00-da başa çatacaq. Mərkəzi Seçki Komissiyasının Məlumat Mərkəzi isə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ictimaiyyətə seçkinin gedişi və ilkin nəticələri haqda məlumat verəcək. A.MUSTAFAYEV