Seçkiqabağı təşviqata start verilib


Baxıldı : 271

Tarix : 2015-10-09 02:55:00


Azərbaycanda 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılmasına başlanılıb. Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. V cağırış Azərbaycan Respublikası Milli Məclisinə noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar olaraq seçkiqabağı təşviqat oktyabrın 9-da başlanır, 31 oktyabr saat 8.00-da dayandırılacaq.A.MUSTAFAYEV