Səbinə Qədirova ikinci yeri tutub


Baxıldı : 107

Tarix : 2020-02-21 18:37:11


İspaniyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb.  Beynəlxalq turnirdə millimizin heyətində çıxış edən “Məhsul” İdman Cəmiyyətinin yetirməsi  Səbinə Qədirova (52 kq.) bürünc medala layiq görülüb. Məşqçi-müəllimi Mətanət Süleymanova bu nəticəni qənaətbəxş hesab edib. 

Qeyd edək ki, Azərbaycan cüdoçuları Fuengirola turnirində ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olublar. Millimiz oğlanlar arasında medalların əyarına görə 1-ci yeri, ümumi komanda hesabında isə 2-ci yeri tutub.