Seçim o qədər də asan olmadı


Baxıldı : 26

Tarix : 2019-11-08 05:41:50


Təhsil  İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi təhsil şöbəsi ilə birlikdə  Azərbaycan dili və ədəbiyyatı müəllimləri arasında “Nəsimi haqqında düşüncələrim” mövzusunda inşa  yazı müsabiqəsi  keçirmişdir. Müsabiqədə  48  müəllim iştirak etmişdir. Müsabiqə iştirakçıları böyük şairin əsərlərinə, fəlsəfi fikirlərinə öz orijinal baxışları ilə yanaşmışlar. Onun yaradıcılığının bəşəri, əbədi mahiyyət daşıdığını əsaslandırmağa çalışmışlar.

Seçim aparmaq bir o qədər asan olmasa da, münsiflər heyətinin  qərarına əsasən, I yeri şəhər 5 №-li tam orta məktəbin müəllimi Ləman Abdullayeva, 10 №-li tam orta məktəbin müəllimi Ülkər Əhmədova, II yeri  Böyük Dəhnə  kənd 1 №-li tam orta məktəbin müəllimi Gültəkin Rəsulova , Daşüz kənd tam orta məktəbin müəllimi Xəyalə  İbadova , III yeri  şəhər 1 №-li tam orta məktəbin müəllimi Afət Mustafayeva, şəhər 9 №-li tam orta məktəbin müəllimi Günay Heydərova, şəhər 12 №-li tam orta məktəbin müəllimi Nübar Abdullayeva, Baqqal kənd ümumi orta məktəbin müəllimi  Vüsalə Məmmədova  tutmuşlar. Yeddi nəfər isə həvəsləndirici yerlərə layiq görülmüşdür.

Qaliblər  sahə Hİ rayon komitəsinin  və təhsil şöbəsinin Fəxri  Fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.