Səddam Laçının şeirlər kitabı çap olunub


Baxıldı : 2675

Tarix : 2020-06-05 06:08:59


Azərbaycan Dillər Universiteti (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) maliyyə dəstəyi ilə universitetin Filologiya fakültəsinin IV kurs tələbəsi Səddam Laçının “Sən”in tərifi” adlı ilk şeirlər kitabı çap olunub.

ADU THİK-in sədri Şahin Sərdarlı bildirib ki, kitabın “Ön söz”ünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məciddir.

ADU-nun ən fəal tələbələrindən olan Səddam Laçın universitetdə fəaliyyət göstərən “Yazarlar klubu”nun sədridir. O, ötən il universitetdə keçirilən “Bir günlük xəlifə” layihəsi çərçivəsində rektor vəzifəsini uğurla icra edib. Səddam Laçın imzası ilə şeir və yazıları mətbuatda silsilə şəkildə dərc edilir.

Məlumatda qeyd edilib ki, ADU THİK bundan sonrakı fəaliyyəti dövründə də yaradıcı tələbələrə dəstəyini əsirgəməyəcəkdir.