Sədrə yenidən etimad göstərildi


Baxıldı : 73

Tarix : 2017-09-23 01:27:08


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) İşçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək görülmüş işlər haqqında məlumat vermişdir.

M.İsmayılov DYMX əməkdaşlarının son günlər Qəbələ rayonu ərazisində və qonşu Gürcüstan Respublikasında baş vermiş meşə yanğınlarının söndürülməsində göstərdikləri peşəkarlığı yüksək dəyərləndirmişdir.

DYMX İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Xidmətin rəis müavini, daxili xidmət polkovniki  Rasim Kərimovun  geniş hesabat məruzəsi dinlənilmişdir.

Natiq bildirmişdir ki, hesabat dövründə Xidmət İşçilərinin Həmkarlar İttifaqı Komitəsi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələri əsasında qurmuşdur. Komitə tarixi və əlamətdar günləri, dövlət, milli, dini bayramları, işçilərin ad günlərini təntənəli qeyd etmişdir. Sosial vəziyyətləri aşağı olan əməkdaşlara maddi və mənəvi köməklik göstərilmişdir. İşçilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün səy və bacarığını əsirgəməmişdir.

Konfransın sonunda DYMX-in rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov çıxış edərək həmkarlar ittifaqının fəaliyyətini dəyərləndirmişdir.

Konfransda Rasim Kərimov yenidən Dövlət Yanğından Mühafizə Xidməti İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

 

Bəyalı RZAYEV