Səfalı təbiət guşəsi ilə tanışlıq gənclərdə xoş təəssürat oyadıb


Baxıldı : 212

Tarix : 2018-06-30 04:45:35


İyunun 23-də Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bir qrup əməkdaşı Quba rayonu ərazisindəki “Balbulaq” İstirahət Mərkəzində olub. Gəzintidə Respublika Komitəsinin əməkdaşları və Gənclər Şurasının üzvləri iştirak ediblər.

Sıx meşə ağacları ilə əhatə olunmuş “Balbulaq” İstirahət Mərkəzinin həyəti yaşıllığı və gözəlliyi ilə seçilir. Səfalı təbiət guşəsi ilə tanışlıq gənclərdə xoş təəssürat oyadıb. Onlar bu əsrarəngiz gözəllikdən zövq alıblar. İstirahətləri səmərəli keçib.

 Respublika Komitəsi təşkilat şöbəsinin müdiri Qoşqar Həmzəyev  qeyd edib ki, tərəfimizdən hər il mütəmadi olaraq yay mövsümündə müxtəlif gəzintilər, turlar təşkil olunur.

AZƏR