Şəhid ailələrinə maddi yardım göstərilib


Baxıldı : 248

Tarix : 2018-01-12 23:31:37


Hər il olduğu kimi, bu il də yanvarın 12-də, AHİK-in tədbirlər planına uyğun olaraq, Konfederasiyanın binasında 20 Yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. 108 şəhid ailəsinin hər birinə 100 manat həcmində maddi yardım  göstərilib. Onların müraciətləri dinlənilib. Problemlərinin həllində köməklik göstəriləcəyi qeyd olunub.

Çıxış edən şəhid ailələrinin üzvləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, həmkarlar ittifaqı təşkilatları həmişə şəhidlərimizin xatirəsini əziz tutub.