Şəhidin məzarını ziyarət etdilər, ailəsinin qayğıları ilə maraqlandılar


Baxıldı : 54

Tarix : 2020-09-07 05:23:37


İsmayıllıda rayon icra hakimiyyətinin, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin nümayəndələri, ehtiyatda olan hərbçilər, mədəniyyət işçiləri ermənilərin Tovuz rayonu istiqamətində hücumunun qarşısını alarkən şəhid olan və hazırda Balık kənd qəbiristanlığında uyuyan Xəyyam Daşdəmirovun məzarını ziyarət ediblər.

Gənc ömrünü xalqına, torpağına, canından artıq sevdiyi Vətəninə bağışlayan Xəyyam Daşdəmirovun məzarı ismayıllılar tərəfindən hər gün ziyarət olunur, valideynlərinə baş çəkilir. Budəfəki ziyarətçilər də şəhidin xatirəsini ehtiramla yad etdi və onun doğulub böyüdüyü evə getdilər. Valideynləri ilə görüşdülər. Belə igid, bütün gənclərimizə nümunə ola biləcək oğul tərbiyə etdiklərinə görə onlara minnətdarlıqlarını bildirdilər.

Ailənin qayğıları ilə də maraqlandılar.