Şəhidlərə ehtiram, qazilərə qayğı


Baxıldı : 202

Tarix : 2018-04-14 01:05:49


Xalqımız bu günlərdə şanlı ordumuzun 2016-cı ilin aprel ayında torpaqlarımızın erməni qəsbkarlarından azad olunması sahəsində qazandığı tarixi qələbənin ildönümünü qeyd edir. Lələtəpə uğrunda döyüşlərdə ordumuzun xüsusi təyinatlı igid zabitllərindən bir neçəsi Vətən yolunda həlak olaraq şəhidlik zirvəsinə ucaldı. Belə şəhidlərimzdən biri də İsmayıllı rayonunun Maçaxı kəndinin yetirməsi Mikayıl Yaqub oğlu Vahabzadədir. Mikayıl Sumaqayıt Dövlət Universitetini bitirmişdi. Lakin o, iş fəaliyyətinə başlamazdan əvvəl Vətəni yağı düşməndən təmizləmək qərarına gəldi və ordu sıralarına qoşuldu. Hərbi hissədə nizam-intizam nümunəsi oldu. Təsadüfi deyil ki, “Hərbi xidmətdə fərqlənməyə görə” medalına layiq görüldü. Aprel döyüşlərində qəhrəmancasına vuruşdu və Vətən yolunda şəhid oldu.

Aprel döyüşlərində daha bir əsgərimiz Yaşar Ağayev yaralanaraq qazi oldu. Dövlətimizin qayğısı, xüsusən Heydər Əliyev Fondu hesabına qardaş Türkiyə ölkəsində əməliyyat olan Yaşarın müalicəsi davam etdirilir.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi təhsil müəssisələrində aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin, qazi Yaşar Ağayevin, rayonun ilk şəhidi Cəlal Rüstəmovun xatirəsinə həsr edilmiş tədbirlər keçirir, şəhidlərin qəbrlərini ziyarət edir, ailələrinə maddi köməklik göstərirr. Bu günlər hər iki şəhidin xatirəsinə yazılmış “Şəhidliyə aparan sevgi”  və “Atam mənə oğul deyib” kitablarının rayon ictimaiyyəti və təhsil işçiləri arasında təqdimatı keçirilmiş və şəhidlərin ruhu bir daha yad edilmişdir.

 

 Hafiz KƏRIMOV,

ATİAHİ İsmayıllı RK-nın sədri