Səhiyyə işçilərinin koronavirusa yoluxması və ölümü qəbuledilməzdir


Baxıldı : 67

Tarix : 2020-05-22 06:44:59


“İctimai Xidmət İnternasionalı” (PSİ)  infeksiyaların və səhiyyə işçilərinin ölümlərinin sayının artmasını qəbuledilməz hesab edir”. Qurumun bu bəyanatı Ümumdünya Səhiyyə Assambleyasının  73-cü sessiyasının keçirildiyi ərəfədə verilib.

Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının direktiv orqanıdır. Onun tərkibinə beynəlxalq səhiyyə sahəsində siyasəti müəyyən edən  194 üzv dövlətin  hökumətləri daxildir. Assambleyanın  tədbirlərində qeyri-hökumət təşkilatları, o cümlədən PSİ  səhiyyə işçilərinin nümayəndəli orqanı kimi iştirak edir.

Ümumdünya Səhiyyə Assambleyasının builki iclası iki gün ərzində videokonfrans formatında keçirilib. Müzakirələrin əsas mövzusu ÜST baş direktorunun COVID-19-a həsr olunmuş təqdimatı olub.

İctimai Xidmət İnternasionalı üzv təşkilatları ilə geniş müzakirələrdən sonra aşağıdakıları bəyan edir:

* Biz qeyri-adekvat fərdi müdafiə vasitələr səbəbindən səhiyyə işçilərinin infeksiyaya yoluxmasının və ölüm hallarının artan sayını görürük. Biz ÜST-ü infeksiyanın profilaktikası və onunla mübarizə üzrə tövsiyələri yeniləməyə, üzv dövlətləri isə səhiyyə işçilərini, sadəcə, cərrahi maskalarla deyil, müvafiq respiratorlarla təmin etməyə çağırırıq.

*İş yerlərində fərdi mühafizə və təhlükəsizlik vasitələrinin təminatı iqtisadi mülahizələrə əsaslanmamalıdır. Üzv dövlətlər fərdi qorunma vasitələrinin çatışmazlığı problemini həll etməlidirlər. Bu, qlobal əməkdaşlığın genişləndirilməsini, o cümlədən ehtiyatların yaradılmasını və tədarükün həyata keçirilməsini tələb edir.

*Ümumdünya Səhiyyə Təşkilatının ictimai səhiyyə və sosial iş yerləri ilə bağlı fikirlərində ciddi nöqsanlar var. Fiziki məsafələr, test strategiyaları və uzunmüddətli psixoloji risklər barədə verilən tövsiyələr işçilərin iştirakı olmadan hazırlanmış və onların həyat və rifahını qorumaq üçün yetərli deyil. Bu problemləri adekvat şəkildə həll etməyinizi və COVID-19-u peşə xəstəliyi hesab etməyinizi xahiş edirik.

*Pandemiya göstərir ki, kadr çatışmazlığı, kifayət qədər maliyyələşdirmənin olmaması  və kommersiya yanaşması səhiyyə sistemlərini, fövqəladə vəziyyətlərə hazırlıq və reaksiya sistemlərini zəiflədir. Biz üzv dövlətləri Ümumdünya Səhiyyə Assambleyasının “sağlamlıq naminə iş” planını dərhal yerinə yetirməyə çağırırıq.

*Biz vaksinlərin tədqiqi, istehsalı və geniş yayılmasında spekulyasiyaların qarşısını almaq üçün ÜST-ün səylərini yüksək qiymətləndiririk. Onlar COVID-19 ilə mübarizədə qlobal həmrəylik haqqında BMT-nin qətnamələrinə uyğun gəlir. Qlobal koordinasiya həmçinin BƏT və sosial tərəfdaşlar da daxil olmaqla ÜST-ün digər maraqlı tərəflərlə əməkdaşlığını tələb edir. Üzv dövlətləri COVID-19 ilə əlaqəli bütün tədqiqatları, məlumatları, texnologiyanı, müalicə üsullarını və vaksinlərini tam məcburi lisenziyalaşdırma tərəfindən dəstəklənən patentsiz ümumi qlobal resurslar kimi nəzərdən keçirməyə çağırırıq.