Seminarda problemlər də müzakirə edilib


Baxıldı : 139

Tarix : 2015-01-24 05:17:00


TİAHİ Qaradağ Rayon Komitəsində yanvarın 12-də seminar-məşğələ keçirilib. Rayon komitəsinin sədri Zümrüd Rzayevanın sözlərinə görə, seminarda 33 ilk həmkarlar ittifaqı komitəsinin sədrlərinə hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə əlaqədar rayon komitəsinin qərarı, iclasların ssenarisi, sədrin hesabatında toxunacaq məsələlər haqqında plan və rayon komitəsinə təhvil veriləcək yekun cədvəlinin nümunələri paylanıb.Seminarda eləcə də ilk təşkilatların fəaliyyəti, qarşılaşdıqları problemlər ilə əlaqədar müzakirələr aparıldı. Yeni seçkilərdə komitələrin tərkibinə bir daha baxılması, daha fəal, cavan, qərarlara təsir etmək bacarığına malik şəxslərin seçilməsi tövsiyə edildi. O da tapşırıldı ki, hesabat dövrü müddətdə məktəbin ictimai həyatında yaxından iştirak edən ittifaq üzvləri hesabat məruzəsində qeyd edilsin, onlar rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunsunlar. Xatırladaq ki, bundan əvvəl də hesabat-seçkilərlə əlaqədar bir neçə seminar keçirilmişdir.