Sənədin ratifikasiyası üçün lobbiçilik fəaliyyəti aparılır


Baxıldı : 1659

Tarix : 2019-04-05 18:30:41


Yaponiya hökuməti gəmilərin yenilənməsi ilə bağlı “Hon Konq  Konvensiyası”nı ratifikasiya edib. Beynəlxalq  Dənizçilik Birliyi və Birləşmiş Millətlər Təşkilatının Dəniz Nəqliyyatı Agentliyi tərəfindən hazırlanan sazişin məqsədi köhnə gəmilərin yenisi ilə dəyişdirilməsi, iş yerində sağlamlıq və təhlükəsizlik riskinin minimuma endirilməsi, ətraf mühitin qorunmasıdır. Sazişdə gəmilərin dəyişdirilmə müddəti, prosesin aparılma qaydası, gəmi təmir mərkəzlərində davamlı yoxlamaların aparılması və sair maddələr öz əksini tapıb. Sözləşmə 2016-cı ilin noyabrında Pakistanın Qadani bölgəsindəki gəmi tərsanəsində baş verən partlayışların təkrarlanmaması üçün hazırlanıb. Həmin hadisədə yanacaq deposu boşaldılmadan gəmi söküldüyü üçün partlayış, yanğın və tələfat qeydə alınmışdı.

“Hon Konq Konvensiyası”nın qüvvəyə minməsi üçün:

- ən az 15 dövlət tərəfindən ratifikasiya olunmalı,

- həmin dövlətlərin  dəniz ticar

əti  qlobal dəniz ticarətinin minimum 40 faizini təşkil etməli,

- ratifikasiya edən ölkələr son on ildə ticarət gəmilərinin ən az 3 faizini yeniləmiş olmalıdırlar.

Həm gəmi inşaatı, həm gəmi təmiri və  köhnəlmiş gəmilərin sökülməsində iştirak edən  işçilər İndustriALL Qlobal İttifaqına, yaxud yerli həmkarlar ittifaqı təşkilatına üzv olmalıdırlar

Hazırda Konvensiya Belçika, Danimarka, Fransa, Yaponiya, Hollandiya,  Norveç, Panama, Konqo Cümhuriyyəti, Serbiya və Türkiyə tərəfindən ratifikasiya edilib və bu ölkələr ümumdünya dəniz ticarətinin 23 faizinə sahibdir.

İndustriALL-un gəmi inşa və gəmi parçalama üzrə direktoru Kan Matsuzaki bildirib ki, Yaponiya kimi böyük dəniz dövlətinin  Sazişi təsdiqləməsi  inamlı addımdır: “Təşkilatımız Çin, Hindistan, Banqladeş, Pakistan kimi dövlətlərin də sənədi ratifikasiya etməsi üçün lobbiçilik fəaliyyətini davam etdirir. “Hon Konq  Konvensiyası” hazırda qüvvəyə minməsə də,  müvafiq təşkilatlar bir sıra ölkələrdə lobbiçilik fəaliyyəti ilə məşğul olaraq qısa zamanda nəzərdə tutulan lazımi saya çata biləcəklər”.