Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib


Baxıldı : 112

Tarix : 2018-06-02 02:37:52


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.

Həmçinin XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub, mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlanıb.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

Ölkə başçısı çıxışında Azərbaycanın enerji siyasətinin reallaşması və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafındakı uğurların əhəmiyyəti, eləcə də digər iqtisadi hadisələr barəsində məlumat verib.