(sentyabr


Baxıldı : 140

Tarix : 2016-09-08 05:42:00


(sentyabrın 05-də)...Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyində olub, bu ölkənin Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb....İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, yəhudi icmasının ölkəmizdə böyük tarixə malik olduğunu, öz kimliklərini və ənənələrini qoruyub saxladıqlarını söyləyib....Bakının Xətai rayonundakı 245 və 265 nömrəli tam orta məktəblərində aradılmış yaradılan şəraitlə tanış olub. (sentyabrın 06-da)...Bakının Nizami rayonundakı 229 və 109 nömrəli tam orta məkbətlərində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.(sentyabrın 07-də)...Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub....DP World\ şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməb bin Sulaimi qəbul edib....2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb. (sentyabrın 08-də)...Xaçmaz rayonuna səfərə gəlib....Xaçmaza səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının, Nikah evinin binasının açılışında iştirak edib....Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub....Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib, Xudat şəhərinin bir qrup sakini ilə görüşüb....Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub....Yalama Aqroparkının açılışında iştirak edib....Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib....Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun, Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışında iştirak edib. ...Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.