(sentyabr


Baxıldı : 124

Tarix : 2016-09-16 04:42:00


(sentyabrın 13-də)...Xətai rayonundakı 58 nömrəli tam orta məktəbin və 261 nömrəli məktəb-liseyin binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub....Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin başçılıq etdiyi və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktoru və icraçı vitse-prezidenti Robert Sinqer, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Qod Nisanov, Avro-Asiya Yəhudi Konqresinin prezidenti Julius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayev və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Sternin üzv olduqları nümayəndə heyətini qəbul edib.(sentyabrın 14-də)...Bakının Nizami rayonundakı 12 və 32 nömrəli tam orta məktəblərin yeni tikilmiş tədris korpusunda yaradılan şəraitlə tanış olub....Binəqədi rayonunda əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında görülən işlərlə tanış olub....Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Onno Kerversin etimadnaməsini qəbul edib.(sentyabrın 15-də)...Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.(sentyabrın 16-da)...MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib....Bişkekdə Moldova Respublikasının Baş naziri Pavel Filip ilə görüşüb.