(sentyabr


Baxıldı : 131

Tarix : 2016-09-23 05:30:00


(sentyabrın 19-da)...Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak edib.(sentyabrın 20-də)...Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib....Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ...Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.(sentyabrın 21-də)...Müdafiə Sənayesi Nazirliyi Şərq\ İstehsalat Birliyinin AZAD Sistemlər\ müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik \ Zərbə\ pilotsuz uçuş aparatlarının təqdimat mərasimində iştirak edib....Mingəçevirə səfərə gedərkən yolüstü Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin açılışında iştirak edib. ...Mingəçevir Şəhər Tarix Muzeyinin əsaslı yenidənqurmadan sonra burada yaradılan şəraitlə tanış olub....Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib....Mingəçevirə səfəri çərçivəsində şəhərdə aparılan abadlıq və tikinti işləri ilə tanış olub.(sentyabrın 23-də)...Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.