Sentyabrın 20-də Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının (SNİHİBK) VI qurultayı keçirilib


Baxıldı : 88

Tarix : 2017-09-23 01:35:51


Sentyabrın 20-də Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının (SNİHİBK) VI qurultayı keçirilib.

Qurultayın gündəliyində SNİHİBK-in VI qurultayının işçi orqanları, 2012-ci ilin sentyabrından 2017-ci ilin sentyabrına qədər olan dövr ərzində görülmüş iş, İcraiyyə Komitəsinin hesabatı və "SNİHİBK-in 2018-2022-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri", Təftiş Komissiyasının hesabatı, Nizamnaməyə dəyişiklik və əlavələr edilməsi, habelə Təftiş Komissiyası haqqında Əsasnaməyə dəyişiklik və əlavələrin edilməsi, Beynəlxalq Konfederasiyanın sədrinin və onun müavininin seçilməsi, İcraiyyə Komitəsinin tərkibinin formalaşdırılması, qurumun Təftiş Komissiyasının üzvlərinin seçilməsi haqqında məsələlər durub.

Qurultay iştirakçıları SNİHİBK-in VI qurultayının müraciət və qətnamələrini, SNİHİBK -ə üzvlük haqlarının məbləğinin və ödənilməsi yollarının müəyyənləşdirilməsi qaydasını da müzakirə ediblər.

Georgi Stolyarenko yenidən Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının sədri seçilib.