Sərbəst güləşçilərimizin uğurları


Baxıldı : 91

Tarix : 2017-08-04 20:28:50


Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçirilib. Sərbəst güləşçilərin yarışında 55 kq. çəki dərəcəsində  mübarizə aparan "Zenit" İdman Cəmiyyətinin yetirməsi Əfqan Xaşalov ilk görüşündə Bolqarıstan idmançısına qalib gəlsə də, növbəti görüşdə ABŞ təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz ardıcıl olaraq Əlcəzair və Özbəkistan idmançılarını məğlub edib. Bürünc medal uğrunda həlledici görüşdə Əfqan Xaşalov İran təmsilçisinə qalib gəlib və yığmamıza daha bir mükafat qazandırıb. 

Qeyd edək ki, ilk yarış günündə döşək üzərinə çıxan digər idmançımız Şahin Muxtarov rəqiblərini məğlub edərək qızıl medal və gənclərin dünya çempionu titulunu qazanıb.

Sərbəst güləşçimiz finala qədər ardıcıl olaraq kanadalı Axtar Kieran İmranı, qırğızıstanlı Akbar Kenjebek Ulunu və rusiyalı Aslan Minkailovu üstələyib. Həlledici görüşdə Ermənistan təmsilçisi Karen Zurabyan ilə qarşılaşan Şahin yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Azər MUSTAFAYEV