Sərbəst güləş üzrə çempionat keçirilib


Baxıldı : 41

Tarix : 2018-11-23 21:10:02


Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının və İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə noyabrın 15-16-da nazirliyin əməkdaşları arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə çempionat keçirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışlarda nazirliyin 11 qurumundan 80 idmançı mübarizə aparıb.

Yarış olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi ( 57 kq., 61 kq., 65 kq., 70 kq., 74 kq., 86 kq., 97 kq. və 125 kq.) üzrə təşkil olunub. Yarışı beynəlxalq dərəcəli hakim Abdul Nuruyev və digər hakimlər idarə edib.

Komanda hesabında isə I yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, II yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, III yerə isə FHN Akademiyasının komandaları çıxıb.

Qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib.