Sərbəst və yunan-Roma güləşi üzrə yarışlar başa çatıb


Baxıldı : 132

Tarix : 2018-06-09 01:45:27


“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında keçirilən respublika çempionatı davam edir. Təqvim planına uyğun olaraq bu dəfə sərbəst və yunan-Roma güləşi üzrə yarışlar baş tutub.

Sərbəst güləş  üzrə yarış mayın 23-24-də, yunan-Roma güləşi  üzrə yarış isə mayın 25-26-da Pirallahı İdman Kompleksində keçirilib. Sərbəst güləş (kişilər) idman növü üzrə yarışda 7 komanda iştirak edib. Qarşılaşmaların yekun nəticəsinə görə, birinci yeri Gəncə Dövlət Universiteti tutub. İkinciliyi Azərbaycan Tibb Universitetinin komandası özünə təmin edib. Üçüncü sırada isə Azərbaycan Dövlət Texniki Universiteti qərarlaşıb.

7 komandanın iştirakı ilə keçirilən yunan-Roma güləşi (kişilər) üzrə yarışda da qaliblər məlum olub. Bu dəfə də fəxri kürsünün ilk pilləsinə Gəncə Dövlət Universitetinin komandası qalxıb.  Azərbaycan Dövlət Texniki Universiteti və Sumqayıt  Dövlət Universiteti isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

 Azər MUSTAFAYEV