Sərbəstlər ikinci, qadın güləşçilər isə üçüncü olublar


Baxıldı : 200

Tarix : 2017-11-17 22:06:39


Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turniri keçirilib. Yarışda sərbəst və qadın güləşi üzrə yığma komandamız mübarizə aparıb.

Sərbəst güləşçilərimiz turnirdə Rusiya, Gürcüstan və Moldova yığmaları ilə yarışıb. Gürcüstan və Moldova yığmaları üzərində 7:1 hesablı qələbə qazanan güləşçilərimizin sonuncu qarşılaşması Rusiya ilə olub. Final xarakteri daşıyan Rusiya-Azərbaycan qarşılaşması 5:3 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Azərbaycan yığması isə turniri ikinci sırada tamamlayıb.

7 idmançı ilə turnirdə iştirak edən qadın güləşçilərimiz Rusiya, Ukrayna və Rumıniya güləşçiləri ilə yarışıb. 8 çəki dərəcəsində keçirilən yarışda qadın güləşçilərimiz turniri üçüncü sırada tamamlayıb.

Qeyd edək ki, yığma komandanın tərkibində sərbəst güləşçilərdən Zəlimxan Vəliyev ( 65 kq.), qadın güləşçilərdən isə Elmira Qəmbərova ( 63 kq.)  "Zenit" İdman Cəmiyyətinin yetirmələridir.

Azər MUSTAFAYEV