İSESCO-nun fəaliyyətini özündə əks etdirən sərgi


Baxıldı : 373

Tarix : 2015-11-06 04:20:00


Noyabrın 2-4-də Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində İSESCO-nun fəaliyyətini özündə əks etdirən sərgi nümayiş olunub.Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sərgidə müxtəlif dövrlərdə İSESCO-nun keçirdiyi və iştirak etdiyi bir sıra tədbirlərdən fotoşəkillərdən ibarət lövhələr öz əksini tapıb. Həmçinin İSESCO-nun hesabat xarakterli bir sıra çap məhsulları nümayiş olunur.Sərgidə mədəniyyət paytaxtları bölməsində Azərbaycan Prezidenti İlham Əliyevə 2009-cu ildə təqdim edilən xüsusi lövhənin fotoşəkilləri, həmçinin İSESCO baş direktoruna Prezident tərəfindən təqdim edilən ordenin fotoşəkilləri, eyni zamanda İSESCO-nun xoşməramlı səfirləri bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da fotoları yer alır.CAVİD