Şəxsi görüşlərin hamısında qalib gəlib


Baxıldı : 245

Tarix : 2017-11-24 23:05:08


İran İslam Respublikasının paytaxtı Tehranda kiçikyaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəxalq turniri keçirilib.

Komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçikyaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edib.

Sərbəst güləş üzrə yığmamızın heyətində yer alan "Zenit" İdman Cəmiyyətinin yetirməsi Ruslan Şıxıyev (47 kq.) keçirdiyi şəxsi görüşlərin hamısında qalib gəlib. Güləşçimiz bu yarışa məşqçi Cavid Qurbanzadənin rəhbərliyi altında hazırlaşıb. 

Azər MUSTAFAYEV