Səylərimiz uğurla nəticələndi


Baxıldı : 119

Tarix : 2017-12-27 18:52:25


"AHİK-in 4-cü qurultayı qətiyyətlə bildirir ki, həmkarlar ittifaqlarının layiqli iş yeri və sosial ədalət uğrunda mübarizəsi onun sıralarını daha da möhkəmləndirəcək, onların iş metod və formalarını zənginləşdirəcək, yoxsulluğun və ayrı-seçkiliyin azalmasına səbəb olacaq, sosial tərəqqinin inkişafına təsir edəcəkdir."

(2013-2018-ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas İstiqamətlərindən)

Əsas istiqamətlərdən götürdüyümüz bu sitatın nə qədər real mahiyyət daşıdığını biz öz təcrübəmizdə yəqinləşdirmişik. Oxucuların əksəriyyətinin bildiyi kimi, neftayırma zavodlarında bir neçə il əvvəl struktur dəyişikliyi getmişdi. Bəzi istehsalatlarda yenidənqurma işləri aparılır. Belə bir şəraitdə, əlbəttə, həmkarlar ittifaqının öz funksiyasını tam yerinə yetirməsi bir qədər çətin olur. Bu çətinliyə baxmayaraq, biz öz işimizi nizamnaməmizə uyğun qurmağı bacardıq. AHİK-in IV qurultayının qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına səy göstərdik. Səylərimizin uğurlu nəticələr verməsi üçün kollektiv müqavilələrin imkanlarından geniş bəhrələndik. Son 5 ildə imzalanmış kollektiv müqavilələrdə götürülmüş öhdəliklərdə işçilərin maraqları ön planda olub. Bizi razı salan, başqa sözlə desək, ildən-ilə sosial lqotlara daha çox üstünlük verməyə ruhlandıran tərəfdaşlarımızın ciddiliyi, vədə sədaqəti və dəqiqliyidir. Təkcə son 2017-ci il üçün bağlanmış kollektiv müqavilənin icra vəziyyətinə nəzər saldıqda da bunu yəqinləşdirmək olar. Müqavilənin 3-cü bölməsinin bəndlərinə uyğun olaraq zavodda çalışan işçilərin iş və istirahət rejimlərinə ciddi nəzarət edilib, iş vaxtı norması tam gözlənilib. İşçilər işəgötürən tərəfindən təsdiqlənmiş və həmkarlar ittifaqı ilə razılaşdırılmış növbəlilik cədvəli üzrə məzuniyyətə buraxılıb və onların məzuniyyət haqları vaxtında ödənilib.

4-cü bölmənin bəndləri üzrə işçilərin həyat səviyyəsinin yüksəldilməsi, gəlirlərinin artırılması, əməyin ödənilməsi və yoxsulluğun azaldılması istiqamətində kompleks tədbirlər işlənib hazırlanmış və yerinə yetirilmişdir.

5-ci bölmə üzrə zavodda çalışan işçilərin rifah halının gücləndirilməsi, onların sosial hüquqlarının təmin edilməsi üçün nəzərdə tutulan öhdəliklər istisnasız həyata keçirilmişdir.

Əməyin mühafizəsinə, texniki və ekoloji təmizliyə xüsusi diqqət yetirilmiş, zərərli sahələrdə çalışan işçilər təbii süd, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşlar (6-cı bölmə).

7-ci bölmədə nəzərdə tutulduğu kimi, işçilərin peşə-ixtisas hazırlığı müasir tələblər səviyyəsinə çatdırılmışdır. Onların yeni peşələrə yiyələnməsi istiqamətində işlər aparılmışdır.

Göründüyü kimi, komitəmiz ötən qurultayın irəli sürdüyü vəzifələri fəaliyyətinin hədəfləri saymış, bu istiqamətdə uğurlar qazanmışdır.

İlham QULİYEV,

Heydər Əliyev adına Neft

Emalı Zavodunun Həmkarlar

İttifaqı Komitəsinin sədri