“Shamkir Chess 2019” superturnirinə yekun vurulub


Baxıldı : 65

Tarix : 2019-04-12 17:54:07


Aprelin 9-da Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinə yekun vurulub.

9 turdan sonra yekun nəticəyə görə, Maqnus Karlsen 7, Dinq Liren və Sergey Karyakin 5, Aleksandr Qrişuk, Vişvanatan Anand və Teymur Rəcəbov 4,5, David Navara, Veselin Topalov 4, Şəhriyar Məmmədyarov 3,5, Aniş Giri isə 3 xal toplayıblar.

Xatırladaq ki, norveçli dünya çempionu Maqnus Karlsen 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirin qalibi olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.