Silsilə tədbirlər davam etdiriləcək


Baxıldı : 255

Tarix : 2015-01-10 04:31:00


İndustriALL Global İttifaqının Hindistandakı mədən sənayesi üzrə nümayəndəliyi tərəfindən 5 günlük ümummilli tətilə çağırış elan edilib. Etiraz aksiyası Hindistanın mədən sənayesinin 550 min üzvü olan 5 milli həmkarlar ittifaqı təşkilatı tərəfindən dəstəklənir. Nəticədə kömür sənayesinin fəaliyyəti dayandırılıb. Yanvarın 6-dan başlayan tətilin başlıca məqsədi ölkənin əsas kömür istehsalçısı olan Coal İndia Ltd. (CİL) dövlət şirkətinin özəlləşdirilməsi olub. Həmkarlar ittifaqlarının verdiyi məlumata görə, etiraz aksiyasının yanvarın 10-dək keçirilməsi nəzərdə tutulub. Lakin müəssisənin özəlləşdirilməsi ləğv edilməyənədək silsilə xarakterli tədbirlər davam etdiriləcək.Qeyd edək ki, Hindistan kömür hasilatına görə dünyada Çin və ABŞ-dan sonra 3-cü yerdədir.Elçin ZAKİRİ