Silsilə tədbirlərlə qeyd olundu


Baxıldı : 149

Tarix : 2018-01-26 20:37:18


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin təşkilatçılığı ilə “20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşıdır” adı altında  silsilə tədbirlər keçirildi. Məktəblərdə 1990-cı ilin 20 yanvar gecəsində paytaxtımızda, bölgələrimizdə sovet ordusunun törətdiyi vəhşilikləri əks etdirən kitablar, qəzet materialları, şəkillərdən ibarət guşələr yaradıldı. Şagirdlər arasında rəsm, inşa yazı, şeir müsabiqələri, şahmat yarışları təşkil olundu. Şəhər 1-6 nömrəli, Talıstan, Vəng, Kürdmaşı kənd tam orta məktəblərinin kollektivlərinin ifasında ədəbi-bədii kompozisiyalar hazırlanıb təqdim edildi. Sonda müsabiqə və yarış qalibləri rayon təhsil şöbəsinin və rayon həmkarlar ittifaqı komitəsinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.

Tədbirdə çıxışlar da oldu. Çıxışlarda 20 Yanvar faciəsi barədə tarixi faktlarla ətraflı məlumat verildi.