Şirkət tarixində ilk tətil


Baxıldı : 51

Tarix : 2019-03-07 05:27:07


ABŞ-ın Erie və Pensilvaniya ştatalarında 1700 -ə yaxın işçi “General Elektrik” şirkətinin bir hissəsinin “Wabtec” şirkətinə satıldıqdan sonra yeni işəgötürənlə müştərək müqavilənin imzalanmasına qədər əvvəlki razılaşmanın qüvvədə qalmasını tələbi ilə tətil elan edib. “Wabtec” fevral ayının  25-dən rəsmi olaraq alış-verişi gerçəkləşdirib və idarəetmədə bir sıra dəyişiklik həyata keçirməyə başlayıb. Belə ki, şirkət məcburi iş saatının artırılmasını, işəgötürmə zamanı təyin olunan ilk maaşın 37 faiz azaldılmasını, çalışanların 20 faizinin müvəqqəti müqaviləli işçilərdən təşkil edilməsini planlayır.

Qeyd edək ki, bu 1969-cu ildə yaranan  və dəmiryolu, dənizçilik, mədən və digər sənayelər üçün  nəqliyyat vasitələri hazırlayan şirkətin tarixində ilk tətildir.

“United Elektrik” tərəfindən təşkil olunan tətilə Şirkətin Erie ştatından 506, Pensilvaniyadan 618 və digər ştatlardan 500-dən çox ittifaq üzvü qatılıb.  İttifaqın regional katibi  Skot Slavson son on ildə əvvəlki şirkətlə razılaşdırılan müştərək müqavilənin qüvvədə olduğunu, idarəetmənin dəyişməsinin əmək prinsiplərinə təsir etməsini istəmədiklərini bildirib. Etirazçılara digər həmkarlar təşkilatlarından da dəstək verilir.

İndustriALL Qlobal İttifaqı məsələ ilə bağlı “Wabtec” rəhbərliyinə rəsmi məktubla müraciət edib. Məktubda etirazçılara dəstək verilib və tələbləri qeyd olunub.

 

Cavid SƏFƏROV