Şirniyyat süfrəsi, bayram hədiyyələri


Baxıldı : 41

Tarix : 2018-06-09 01:58:34


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi tərəfindən 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli şəkildə qeyd olunub.

Bu münasibətlə rayon komitəsi İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, Qarışıq Tipli Uşaq Evində, Əlil Uşaqların Reabilitasiya Mərkəzində, Vərəzət köçkünlər qəsəbəsində işləyən ittifaq üzvlərinin uşaqlarına bayram şənliyi təşkil edib. Tədbirdə Qax Kukla Teatrının kollektivi  “Zınqırovlu Pişik”  tamaşası ilə uşaqları sevindirib. Sonda uşaqlara şirniyyat süfrəsi açılmış və bayram hədiyyələri paylanmışdır.