İşsizliyin səviyyəsi rekord həddə çatıb


Baxıldı : 239

Tarix : 2015-01-10 04:00:00


İtaliyada işsizliyin səviyyəsi tarixi rekord səviyyəyə çatıb. Bu barədə öz saytında İtaliya Milli Statistika İnstitutu (İSTAT) bəyan edib. İnformasiya portalının məlumatına görə, bu, 1977 -ci ildən bəri tam rekorddur.İSTAT bildirir ki, ötən ilin noyabr ayında İtaliyada 22 milyon 310 işləyən şəxs qeydə alınıb. Bu, oktyabr ayından 0,2 faiz aşağıdır. İşsiz italiyanların sayı isə 3 milyon 457 nəfərdir. Bu da ötən ilin oktyabr ayına nisbətən 1,2 faiz çoxdur.İşsizlik ən çox 15-24 yaşlı gənclər arasında müşahidə olunub. Ümumilikdə işsiz gənc italiyanların sayı 43,9 faizdir.Elçin ZAKİRİ