İslahatlara qarşı etiraz


Baxıldı : 325

Tarix : 2016-04-30 06:14:00


Yunanıstanın paytaxtı Afinada yüzlərlə müəllim nümayiş keçirib. Aksiya iştirakçıları Təhsil Nazirliyinın binası qarşısında toplaşaraq hökumətin planlaşdırdığı islahatlara qarşı çıxıblar.Həmkarlar ittifaqlarının təşəbbüsü ilə baş tutan tətildə təhsil işçiləri işə qəbul siyasətindəki dəyişikliklərlə bağlı təqdim olunmuş yeni qanun layihəsinə etirazlarını bildirib, bu istiqamətdə yeni sistemin yaradılmasını tələb ediblər.Elçin ZAKİRİ