İslahatlara qarşı mübarizə


Baxıldı : 256

Tarix : 2015-02-28 03:26:00


İspaniyalı tələbələr fevralın 25-26-da ölkədə ali təhsil islahatlarına qarşı tətil keçiriblər. Aksiyanın əsas təşkilatçısı olan tələbə həmkarlar ittifaqı tətilin kütləvi xarakter daşıdığını bəyan edib.Tələbələr hökuməti yanvarın 30-da təsdiq edilmiş fərmanın ləğvinə çağırıblar. Fərmanda universitetlərdə məcburi dördillik təhsilin üçilliklə əvəz edilməsi, magistratura müddətinin isə bir ildən iki ilədək artırılması öz əksini tapıb. Bunun isə öz növbəsində təhsil səviyyəsinə mənfi təsir göstərəcəyi gözlənilir.Tələbə həmkarlar ittifaqı islahatların məsuliyyətini təhsil nazirinin, eləcə də peşə hazırlığı və universitetlər üzrə dövlət katibinin üzərinə qoyur. \ Onların yeganə məqsədi dövlət təhsilini və bizim bilik almaq hüququmuzu məhv etməkdir\ , - deyə Hİ təşkilatının baş katibi Ana Qarsiya bildirib.Elçin ZAKİRİ