İslam bankçılığı\ mövzusunda təlim


Baxıldı : 179

Tarix : 2016-06-03 05:58:00


Park İnn” hotelində \ İslam bankçılığı\ mövzusunda təlimin bağlanış mərasimi keçirilib. İslam bankçılığı sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə təşkil edilən təlimin həmtəşkilatçıları İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Katılım Banklar Birliyi (TKBB), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu, İstanbul Sabahattin Zaim Universiteti (İZU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) və İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) olub.Müxtəlif dövlət və özəl sektorda fəaliyyət göstərən mütəxəssislərin, tədqiqatçıların, 50-dən çox nümayəndənin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev sertifikata layiq görülmüş şəxsləri təbrik edib.Daha sonra TİKA-nın Bakı Proqram koordinatoru Mustafa Haşim Polat Azərbaycanda görülən işlər barəsində danışıb. O, İslam Bankçılığının iqtisadiyyatın inkişafındakı rolu və bu treninqin də mühüm əhəmiyyətini bir daha vurğulayıb.İROİB-nin sədri Ruslan Atakişiyev təlimin proqramı, təşkili ideyası haqqında iştirakçılara məlumat verərək treninqin təşkilində dəstəyi olan bütün qurumlara öz minnətdarlığını bildirib.Tədbir diskussiyalarla sona çatıb.