Son bir ildə 4,5 milyard manat vəsait ayrılıb


Baxıldı : 262

Tarix : 2015-01-31 04:47:00


\ Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı\ nın icrasından ötən bir il ərzində ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Son bir ildə iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və digər sahələrdə mühüm uğurlar əldə edilib. İqtisadçı Aydın Hüseynovun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair üçünçü proqramda nəzərdə tutulan tədbirlərin son bir ildə icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib: \ Ötən 1 il ərzində regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. Dövlətin maliyyə dəstəyi sayəsində 5560 sahibkara 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. 2014-cü ilin \ Sənaye ili\ elan edilməsi və bu çərçivədə tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib, regionlarda 105 sənaye müəssisəsi açılıb. Ümumilikdə \ Sənaye ili\ ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb. Ötən il 200 mindən artıq yeni iş yeri yaradılıb. Ümumilikdə regionların inkişaf proqramlarının icrasından ötən 11 il ərzində ölkədə 1 milyon 360 min yeni iş yeri açılıb, həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsinə düşüb. Hazırda ölkədə orta aylıq əməkhaqqı 565 dollar, orta pensiya 221 dollardır\ .A.Hüseynov qeyd edib ki, növbəti illərdə regionların inkişaf strategiyasına uyğun olaraq hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal olunan məhsulların xaricə çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, həmçinin istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması ilə bağlı tədbirlər həyata keçiriləcək. \ Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı\ nın icrasından ötən bir il qarşıdakı dövrdə ölkəmizdə dayanıqlı inkişafın və iqtisadiyyatın şaxələndirilməsinin geniş vüsət alacağına zəmin yaradır. Nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq.ELBRUS