Son bir ildə ən çox qazanan qadın idmançılar


Baxıldı : 101

Tarix : 2019-08-09 17:35:09


“Forbes” nəşri son bir ildə mükafat, əməkhaqqı, sponsorluq gəlirləri və bonuslar əsasında ən çox qazanan qadın idmançıların siyahısını açıqlayıb.

Siyahıda ilk onluqda tennisçilər qərarlaşıblar. Birinci pillədə “Böyük dəbilqə” turnirlərində 23 dəfə çempion olan amerikalı Serena Uilyams yer alıb. Otuz yeddi yaşlı idmançı bir il ərzində 29,2 milyon dollar gəlir əldə edib. On dörd illik fasilədən sonra yenidən idmana qayıdan S.Uilyams son altı “Böyük dəbilqə” turnirinin üçündə finala yüksəlib.

ABŞ və Avstraliya açıq turnirlərində çempion olan yaponiyalı Naomi Osaka 24,3 milyon dollarla ikinci sırada qərarlaşıb. Almaniyalı tennisçi Angelika Kerber isə 11,8 milyon dollarla üçüncü olub. Digər yerlərdə isə Simona Halep (10,2 milyon dollar), Sloane Stephens (9,6 milyon), Karolina Vozniaki (7,5 milyon), Mariya Şarapova (7 milyon), Karolina Pliskova (6,3 milyon), Elina Svitolina (6,1 milyon), Venus Uilyams (5,9 milyon), Qarbin Muquruza (5,9 milyon) qərarlaşıblar.

Digər idman növləri üzrə atletlərdən ABŞ-ın futbol millisinin üzvü Aleks Morqan (5,8 milyon) 12-ci, hindistanlı badmintonçu Pusarla Sindhu (5,5 milyon) 13-cü, tailandlı qolfçu Ariya Cutanuqarn (5,3 milyon) isə 15-ci pillədə yer alıblar.