Sona qədər mübarizə aparıblar


Baxıldı : 59

Tarix : 2019-12-20 18:33:23


“Zenit” İdman Cəmiyyətinin dəri əlcək ustaları yeniyetmə boksçular arasında keçirilən Bakı şəhər açıq birinciliyində üçüncü olublar.  2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışda Hüseyn Əliyev ( 37 kq.) və İsmət İsmayılov ( 43 kq.) sona qədər mübarizə apararaq bürünc medal qazanıblar.

Cəmiyyətin yetirmələrinin uğurlarında məşqçi-müəllimlər Kamran Məlikov və Təvəkkül Məmmədovun böyük xidmətləri var.