Sonsuz dəhliz\ Böyük Britaniyada nümayiş olunub


Baxıldı : 190

Tarix : 2016-02-27 04:20:00


Fevralın 23-də Böyük Britaniya parlamentinin \ Boothroyd Portcullis House\ adlı binasında kinematoqrafiya sahəsində dünyanın nüfuzlu mükafatlarına layiq görülmüş ABŞ və Litvanın birgə istehsalı olan \ Endless Corridor\ (\ Sonsuz dəhliz\ ) müstəqil sənədli filmin premyerası keçirilib.Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (APPG) sədri, millət vəkili Bob Blekmen, qrupun üzvü Baronessa O\'Kateynin və Lord Hovardın iştirakı ilə keçirilən tədbir 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunub. Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən \ Xocalıya Ədalət!\ təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.Böyük Britaniya parlamentinin 110 üzvü, media mənsubları, xeyriyyəçilər, Azərbaycan diasporunun fəalları, Azərbaycanın dostları və kinosevərlər qarşısında çıxış edən TEAS-ın direktoru Lionel Zetter bildirib ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış \ Xocalıya Ədalət!\ beynəlxalq kampaniyası çərçivəsində bu tədbiri təşkil etdiyimiz üçün qürur hissi duyuruq. Bu kampaniya çərçivəsində \ Sonsuz dəhliz\ filminin təqdimatı və 100-dən artıq ölkədə Xocalıya həsr edilmiş xatirə tədbirləri keçirilib.Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib. Tarixə nəzər salan səfir Dağlıq Qarabağ münaqişəsi zamanı bölgədəki geosiyasi vəziyyət haqqında məlumat verib, problemin yaranmasına təsir edən amilləri təhlil edib. Ölkəmizə qarşı bu amansızlığı törədənlər beynəlxalq hüquq normaları çərçivəsində cəzalarını almadığı müddətdə Azərbaycanın qətiyyətli mövqeyindən dönməyəcəyi vurğulanıb.Cavid SƏFƏROV