Sosial ədalət - ona necə əməl olunur?


Baxıldı : 199

Tarix : 2015-02-06 02:05:00


\ Xidmət-İş\ Həmkarlar İttifaqları Federasiyasının Bakı Şəhər Komitəsi Beynəlxalq Sosial Ədalət Gününə həsr olunmuş dəyirmi masa keçirib.Tədbiri Federasiyanın vitse-prezidenti Xəyyam Nəsibov açdı. Ölkədə aparılan uğurlu islahatlardan danışdı. Federasiyada sosial ədalətin bərqərar olması istiqamətində görülən işlər barədə məlumat verdi. Bununla yanaşı qeyd etdi ki, sahə üzrə bəzi müəssisələrdə, xüsusilə qeyri-formal sektorda sosial ədalət prinsiplərinin pozulmasına rast gəlirik. Bu pozuntular özünü daha çox qadın əməyinə münasibətdə və iş rejiminin təşkilində göstərir. X.Nəsibov dediklərinə misal olaraq işəgötürənlərin xəstəlik vərəqələrinə görə ödənişdən, körpəuşaqlı analara verilən məzuniyyətdən imtina etdiklərini göstərdi. Bildirdi ki, belə hallar kütləvi olmasa da, mövcuddur. Biz bu imtinaların aradan qaldırılması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmışıq. Hətta onlara təkliflərimizi də vermişik.Dəyirmi masada \ Firuzə\ ASC-nin müdiri Rüfət Cəfərov, \ Binəqədi Yük Avtonəqliyyat\ ASC-nin müdiri Günər Əliyev, \ Stonepay\ şirkətinin nümayəndəsi Fərid Həsənov, \ Xidmət-İş\ Hİ Federasiyasının şöbə müdiri Roza Eyyubova və başqaları çıxış etdilər. Sualları cavablandırdılar. İrəli sürülən təkliflərə münasibət bildirdilər. Federasiya tərəfindən pulsuz hüquqi məsləhətlərin verilməsini, iş yerlərində sağlam və təhlükəsiz şəraitin yaradılmasını, həmkarlar ittifaqlarının mədəni-kütləvi tədbirlərin təşkilatçısı kimi çıxış etməsini, sanator-kurort yollayışlarından güzəştli şərtlərlə istifadə olunmasını… sosial ədalət prinsipinin mühüm tərkib hissəsi kimi yüksək dəyərləndirdilər.AZƏR