“Sosial dialoqa girməyə hazırıq"


Baxıldı : 87

Tarix : 2017-04-29 00:27:51


Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) baş katibi Luka Vinsentini Avropa Komissiyası tərəfindən dərc edilmiş "Avropada Sosial Hüquqlar üzrə İstiqamət" paketinə münasibət bildirib. O qeyd edib ki, insanlar pisləşən iş və həyat şəraitindən narazıdır: "AHİK sosial haqların daha güclü müdafiə olunmasını istəyir. Paketdə gecikmiş təkliflər öz əksini tapıb ki, biz qərarın həyata keçirilməsini əngəlləyənlərə qarşı  mübarizə aparacağıq. Təkliflərin müzakirəsi yönündə işəgötürən qurumlar və hökumətlə sosial dialoqa girməyə hazırıq. Paketdə  analıq məzuniyyətindən qayıdan işçilərin ixtisar olunmasına qarşı qəti qərar qəbul edilməməsi kədərli haldır, lakin valideynlərin hər ikisinin ödənişli məzuniyyətinin diqqətə alınması önəmli addımdır. Bəzi işəgötürən təşkilatların qeyd edilən paketə etirazları olsa da, onun  qəbul olunması və həyata keçirilməsinin tərəfdarıyıq. Sərbəst və qeyri-standart rejimlə çalışanlarla bağlı  təklifləri də AHİK dəstəkləyir".

Cavid Səfərov