Sosial dialoqun yeni yolları araşdırılıb


Baxıldı : 31

Tarix : 2017-10-07 00:53:26


Latviya Respublikasının paytaxtı Riqa şəhərində sentyabrın 27-29-da   Mərkəzi və Şərqi Avropa ölkələri həmkarlar ittifaqı təşkilatlarının növbəti dəyirmi masası keçirilib.

25 ölkədən 800-ə yaxın nümayəndənin qatıldığı tədbirdə ATİAHİ-ni Respublika Komitəsi sədrinin birinci müavini, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi İcraiyyə Komitəsinin üzvü Hümbət Nağıyevin rəhbəri olduğu nümayəndə heyəti təmsil etdi.

İclasda səmərəli  sosial dialoqun yeni yolları araşdırılıb, təhsil müəssisələrinin sürətlə özəlləşdirilməsi problemi,  müəllimlərin peşəkar bilik və bacarıqlarının artırılması, sağlamlığı və əməyinin təhlükəsizliyi, həmkarlar ittifaqının sıralarının yeni üzvlər hesabına genişləndirilməsi  və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələri həmkarlar itti-faqı təşkilatlarının nümayəndələri dəyirmi masa ətrafına 2 ildən bir toplaşırlar. Sonuncu dəfə bu tədbir 2015-ci ildə Rumıniyada  keçirilib.

Latviya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqlarının ev sahibliyi ilə baş tutmuş dəyirmi masada bu ölkənin dövlət katibinin müavini Gunta Araja, Beynəlxalq Təhsil Birliyinin Avropa Regionu üzrə direktoru Suzan Floken, Notinqam Universitetinin professoru Hovard Stefenson da iştirak ediblər.

Azərbaycan, Gürcüstan, Latviya, Litva, Albaniya, Moldova, Rusiya və Serbiyadan olan həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin müxtəlif mövzularda təqdimatları dinlənildi.

ATİAHİ Respublika Komitəsi nümayəndə heyətinin rəhbəri H.Nağıyev Beynəlxalq Təhsil Birliyinin Avropa Regionu üzrə direktoru S.Flokenlə görüşüb. Görüşdə hər iki təşkilat arasında əməkdaşlığın perspektivləri mü-zakirə olunub. H.Nağıyev S.Flokeni ATİAHİ-nin oktyabrın 9-da keçiriləcək XVII hesabat-seçki konfransına dəvət edib.

 

Səbuhi İMANOV,

ATİAHİ Respublika Komitəsinin aparıcı məsləhətçisi