Sosial məsələlər prioritet olmalıdır


Baxıldı : 79

Tarix : 2020-01-24 14:30:50


Avropa Parlamentinin Avropanın gələcəyi ilə bağlı keçiriləcək konfrans barədə qəbul etdiyi qətnaməni şərh edən Avropa Həmkarlar İttifaqları Konfederasiyasının  Baş katibi Luka Visentini deyib: “Avropa Parlamentinin Avropanın gələcəyi ilə bağlı konfransın hazırlanması üçün qəbul etdiyi qətnaməni və müsbət fəaliyyətini alqışlayırıq. Konfrans bütün vətəndaşların və işçilərin keyfiyyətli və yaxşı ödənişli işlə, keyfiyyətli təhsil və tədrislə, lazımi sosial müdafiə ilə təmin edə biləcək daha ədalətli Avropa İttifaqına yol açmalıdır. Biz Avropa Parlamentinin sosial məsələləri konfransın iş prioritetləri sırasına daxil edilməsi kimi tələbini qətiyyətlə dəstəkləyirik. Avropa Həmkarlar İttifaqları Konfederasiyası həmkarlar ittifaqlarının hüquqlarının qorunması, ilkin statusunun əldə edilməsi, işçilərin sosial, əmək hüquqlarının müdafiəsinin təmin olunması üçün müqaviləyə dəyişiklik etməyə çalışacaqdır. Qətnamədə sosial tərəfdaşların dörd nümayəndəsinin konfransın plenar iclasına dəvət olunmasını yüksək qiymətləndiririk . Onların bütün prosesdə tam və davamlı iştirakını təmin etməyə çalışacağıq”.