Sosial siyasətin əsasında səmər əli iqtisadi islahatlar durur


Baxıldı : 1215

Tarix : 2019-04-12 17:59:08


Gürcüstanın paytaxtı Tbilisi şəhərində Dəmiryolçuların Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyası Şurasının növbəti 56-cı iclası və “Avrasiya nəqliyyat dəhlizlərində sosial siyasətin uyğunlaşdırılmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasda şuranın fəaliyyəti, dəmiryolçuların sosial-iqtisadi vəziyyəti və real əməkhaqlarının artırılması istiqamətində həmkarlar ittifaqlarının gördüyü işlər haqqında müzakirələr getdi. Həmçinin şuranın növbəti iclasının keçirilmə yeri və vaxtı dəqiqləşdirilib.

Tədbirlərdə çıxış edən F.Bağırov son 4 il ərzində Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Natiq bildirib ki, son vaxtlar dəmir yolun

da ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib. Ötən ilin sonlarında Bakı-Gəncə sürət qatarı istifadəyə verilib. Qarşıda perspektiv vəzifələr durur. Növbəti belə bir qatar Bakı-Qəbələ istiqamətində olacaq. Bakı dairəvi yolu əsaslı təmir ediləcək.

2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonların istehsalına dair müqavilə imzalanıb. Artıq 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb.

F.Bağırov bildirib ki, bütün bu işlərdə Respublika Komitəsi cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyət göstərir. Dəmir yolunda çalışan əməkçilərin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azalması, əmək şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə Cəmiyyət rəhbərliyinin atdığı uğurlu addımlar görülən işlərin əsas tərkib hissələrindəndir. Struktur dəyişikliklərinin aparılması, yeni işə qəbul qaydalarının tətbiq olunması son illərin ən uğurlu hadisələrindən biridir. Departament, idarə və təşkilatlarda izafi xərclərin qarşısı alınmış, əldə olunan qənaət təşkilatlarda çalışan dəmiryolçuların əməkhaqqının artırılmasına yönəldilib.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Tədbirin mədəni proqramı çərçivəsində ic

las iştirakçıları üçün Tbilisi şəhərinin tarixi abidə və digər obyektlərinə ekskursiya təşkil edilib.