Sosial təminat sistemlərimizdə islahatlar aparmaqda da israrlı olmalıyıq


Baxıldı : 154

Tarix : 2019-12-07 17:19:46


Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Baş katibi Luka Visentini Polşa Həmkarlar İttifaqı Birliyinin (PHİB) 35 illiyi ilə əlaqədar keçirilən konfransda bildirib ki, Avropa Əmək Təşkilatının yaradılması AHİK-in və üzv təşkilatların lobbi səylərinin əlamətdar nəticəsidir. AHİK yenidən hazırlanmış çalışanların təlimatandırılması ilə bağlı sənədin bütün üzv dövlətlərdə tətbiqi üçün çalışır. Biz bu sahədə səylərimizi davam etdirməliyik. Bu baxımdan sosial təminat sistemlərimizdə islahatlar aparmaqda da israrlı olmalıyıq. Beləliklə, bütün kateqoriyalı işçilər üçün adekvat və portativ sosial müdafiə təmin olunacaq.

Bundan başqa, Avropada məvaciblərin yüksəldilməsi ilə bağlı başlatdığımız kampaniyaya PHİ-nin cəlb olunması və əldə olunan nəticələr Şərqi Avropa üçün bir nümunədir.

Ökədə minimum əməkhaqqının 50 faizə qədər artırılması böyük qələbədir.

PHİB təbliğ etdiklərini tətbiq edən, bərabərliyi təşviq edən və miqrantların inteqrasiyası üçün çalışan mütərəqqi bir həmkarlar ittifaqıdır. Bunu Polşada çalışan ukraynalı işçilərin fəaliyyəti üçün görülən işlər də sübut edir.

Biz Avropa Komissiyasının yaradılması üçün səylərimizi davam etdirməliyik. Komissiya sədri Ursula von der Leyen hər bir Avropa işçisinə ədalətli minimum əməkhaqqının təminatı üçün qanuni baza təklif edəcəyini açıqladı. AHİK və üzv təşkilat bu təşəbbüsün formalaşdırılması üçün ön sırada olmalıdır.

Avropada maaşların həqiqətən yaşayış minimumu səviyyəsinə qaldırmalarına da diqqət yetirməliyik. Kollektiv müqavilə bizi həqiqi yaşayış məvacibinə sahib edəcək vacib  vasitədir.

Mərkəzi və Şərqi Avropa ölkələrində beynəlxalq şirkətlərin əməkhaqqı və sosial müdafiə xərclərinin azaldılmasına qarşı mübarizə aparmalıyıq.

Çıxışının sonunda o, PHİB-in yeni seçilən prezidenti Andrzej Radzikovskiyə uğurlar arzuladı.