Sovqatlar ünvanlarda  təqdim olunur


Baxıldı : 123

Tarix : 2020-05-16 03:27:46



Ölkə başçısı cənab İlham Əliyevin pandemiyanın hökm sürdüyü bir vaxtda “xalqın sağlamlığı, rifahı başlıca məqsədimizdir” şüarı altında bütün dövlət strukturlarını səfərbər etməsi dünyada maraqla qarşılanıb. Cənab Prezidentin bu çağırışına, bu şüarına qoşularaq koronavirusun təsirinin azaldılması uğrunda mübarizədə Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı da fəal iştirak edir. İttifaqın təşəbbüsü ilə bir çox üzv təşkilatda, həkimlər də dəvət olunmaqla, koronavirusla bağlı geniş maarifləndirici görüşlər keçirilib. Əksər institutda yaşı 65-dən yuxarı olan əməkdaşlara və aztəminatlı ailələrin üzvlərinə maddi yardım, ərzaq qutuları paylanıb. 
Bu günlərdə Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Sevinc Əliyeva və üzvü Günel Həmidova 40-a yaxın ərzaq sovqatını əməkdaşlara təqdim etmək üçün onların ünvanlarına yollandılar. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdə qalmaqla sağlamlıqlarını və yaxınlarını qoruyan yaşı 65-dən yuxarı əməkdaşlara, habelə tənha, aztəminatlı və imtiyazlı həmkarlarına baş çəkərək hər birinə ayrı-ayrılıqda sovqat təqdim etdilər.