Spartak\ 2015-ci ili uğurla yola salıb


Baxıldı : 224

Tarix : 2016-01-16 03:29:00


Azərbaycan idmanına töhfə verən \ Spartak\ Könüllü Bədən Tərbiyəsi-İdman Cəmiyyəti (\ Spartak\ KBTİC) özündə paytaxtın 30 bədən tərbiyəsi kollektivini birləşdirir. Aparılan məqsədyönlü fəaliyyət nəticəsində burada dünya miqyasında tanınan bir çox məşhur idmançılar yetişib. Hər il olduğu kimi, 2015- ci ildə də cəmiyyətin yetirmələri müxtəlif idman növləri üzrə təşkil olunan birincilik və çempionatlarda mükafatçılar sırasında yer alıblar. Keçən il yanvar ayında ağır atletika üzrə keçirilən Azərbaycan çempionatında \ Spartak\ İC-nin yetirməsi Rauf Nəbiyev (69 kq.) çempion adını qazanıb. 85 kq. çəki dərəcəsində mübarizə aparan Həmid Qocayev isə gümüş medala layiq görülüb. Yeniyetmə boksçu Tural Musayev (63 kq.) Azərbaycan birinciliyində turnirin bürünc mükafatını əldə edib. Keçən ilin fevral ayında təşkil olunan atletika üzrə Azərbaycan çempionatı da \ Spartak\ İC üçün yaddaqalan olub. Cəmiyyətin xanım atleti Adilə Məmmədli 200 m. və 400 m. məsafəyə qaçış yarışlarında 2 gümüş,1 bürünc medala layiq görülüb. Komanda hesabında da 2605 xal toplayan cəmiyyətin atletləri fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.Ötən ildə adlarını mükafatçılar sırasına yazdıranlar arasında \ Spartak\ İC-nin gimnastları da olub. Cənnət Məmmədova, Zeynəb Hümbətova, Ləman Hüseynova, Mariya Xamaza, Mədinə Əsədova, Emiliya Səlimova, Fidan Cavadova, Xavər Sadıqova həm respublika, həm də beynəlxalq əhəmiyyətli turnirlərdə fərqlənə biliblər. Cəmiyyətin yetirmələri digər idman yarışlarında da uğurlu nəticələr göstəriblər.1995-ci il təvəllüdlü qızlar və oğlanlar arasında güllə atıcılığı üzrə Azərbaycan birinciliyində mübarizə aparan Rübabə Quluzadə qızıl medala layiq görülüb. Diana Rəsulova isə turniri ikinci yerdə başa vurub. Fatimə Məmmədli bürünc medal qazanıb. Əliməmməd Hüseynov isə qızıl medala sahib çıxıb.\ Spartak\ İC-nin yunan-Roma güləş bölməsinin yetirməsi 50 kq. çəki dərəcəsində mübarizə aparan Namiq İmanlı iştirak etdiyi Azərbaycan birinciliyində üçüncü yeri tutub. Cəmiyyətin xanım güləşçisi 46 kq. çəki dərəcəsində yarışan Nərmin Paşayeva mayın 19-20-də güləş üzrə təşkil olunan Azərbaycan birinciliyində turnirin üçüncüsü olub. Spartak\ İC-nin idmançılarının uğurla yarışdığı növbəti beynəlxalq turnir Gürcüstanın Batumi şəhərində keçirilib. Sentyabrın 25-27-də təşkil olunan yarışda yunan-Roma güləşi üzrə ölkəmizi təmsil edən İntiqam Məmmədov (74 kq.) və Fərhad Dadaşov (84 kq.) bürünc medala layiq görülüblər. 120 kq. çəki dərəcəsində mübarizə aparan Rəşid Ağazadə də III yerlə kifayətlənib. Oktyabrın 8-11-də \ Spartak\ İC-nin təmsilçiləri Batumidə təşkil olunan daha bir turnirdə güclərini sınayıblar. David Bedinadzenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə yarışlarda Fərid Qafarov (54 kq.) və Murad Abbasov (46 kq.) bürünc medal qazanıblar. Gürcüstan sınağından sonra cəmiyyətin güləşçiləri Türkiyənin Rize şəhərində mübarizə aparıblar. Ölkəmizi təmsil edən İlham Mehrəlili (42 kq.) və Fərid Qafarov (53 kq.) vətənə gümüş medalla qayıdıblar. İdman ocağının digər güləşçisi 53 kq. çəki dərəcəsində yarışan Taleh Lətifov isə beynəlxalq turnirdə bürünc medal qazanıb.Bundan başqa, \ Spartak\ İC tərəfindən 2015-ci ildə atletika, güləş, güllə atıcılığı və idmanın digər növlərinə aid yarışlar keçirilib. Fərqlənən idmançılara mükafatlar təqdim olunub. Demək olar ki, yola saldığımız keçən il \ Spartak\ Könüllü Bədən Tərbiyəsi-İdman Cəmiyyəti üçün uğurlu olub. Amma idmançıları qarşıdakı ildə yeni sınaqlar gözləyir. Azər MUSTAFAYEV