“Spartak” İdman Cəmiyyətinin yetirməsi ikinci yeri tutub


Baxıldı : 26

Tarix : 2019-11-08 06:26:22


Noyabrın 2-5-də Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçirilib. Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulub.

Azərbaycan yığma komandasının üzvü, “Spartak” İdman Cəmiyyətinin yetirməsi Nailxan Nəbiyev 96 kq. çəki dərəcəsində körpücük üzərinə çıxıb. O, toplam 326 kq (145+181) nəticə ilə gümüş medala sahib olub.

Azər MUSTAFAYEV