Spartakiada başa çatıb


Baxıldı : 244

Tarix : 2015-12-05 05:15:00


\ Zenit\ İdman Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XVIII Respublika Spartakiadası başa çatıb. Təqvim planına uyğun olaraq bu idman tədbirinin sonuncu yarışları dama, şahmat və güllə atıcılığı üzrə keçirilib. Dama yarışlarında Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvləri birinci yeri tutublar. Aviasiya işçiləri ikinci, Avtomobilçilər isə üçüncü olub. Şahmatçıların mübarizəsində ən yaxşı nəticəni Aviasiya işçiləri göstəriblər. Sonrakı yerləri müvafiq olaraq Avtomobil Nəqliyyatı və Metropoliten işçiləri bölüşüblər. Güllə atıcılığında isə Metropolitençilər daha sərrast olub və fəxri kürsünün ilk pilləsinə yiyələniblər. Elektriklər ikinci yeri qazanıb. Mükafatçıların siyahısını isə Avtomobilçilər tamamlayıb.Bununla da Spartakiadaya yekun vurulub. Xatırladaq ki, Spartakiadada Aviasiya, Elektroenergetika və Elektrotexnika, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı respublika komitələrinin, Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının, Metropoliten və \ Bakı Stil Kompani\ işçiləri həmkarlar ittifaqı birliklərinin xidmət dairəsinə aid təşkilatların üzvləri idmanın 10 növü üzrə yarışlarda iştirak ediblər. Ümumi yarışlarda ən yaxşı nəticə göstərən Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ Respublika Komitəsi birinci yerə layiq görülüb. İkinci yeri Aviasiya, üçüncü yeri isə Metropoliten İşçiləri Hİ Birliyi tutub. Qaliblərə Fəxri Fərman və hədiyyələr təqdim edilib.AZƏR